Rusiyanın Volqoqrad vilayətinin Serafimoviç rayonunun Uqolski kəndində yüksək səslə musiqi dinləyən uşaqlar güllələnib.
Bakmiltv.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Volqoqrad №1” Teleqram kanalı bildirib.
Şahidlərin sözlərinə görə, hadisə iyulun 12-də baş verib. Əvvəllər Ukraynaya qarşı müharibədə iştirak etmiş 48 yaşlı kişi mənzilin pəncərəsindən küçədəki yeniyetmələrə atəş açıb. Buna musiqi səsinin onu qəzəbləndirməsi səbəb olub.
“Məktəblilər musiqi səsgücləndiricisi ilə hərbçinin öz yoldaşları ilə istirahət etdiyi evin yanından keçirmişlər. Böyüklər küçəyə çıxıblar, uşaqlar ehtiyatlanaraq musiqini dayandırıblar. Məktəbli qızlardan biri silahın doldurulmasının səsini eşidib və uşaqlar oradan qaçıblar”, - şahidlərədn biri deyib.
Hadisə nəticəsində bir yeniyetmə ayağından dəlib keçən güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hiç yorum yok:
Yorum Gönder