Kəmaləddin Heydərov onları vəzifədən azad etdi



Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əməkdar həkimi təqaüdə göndərib. 

Bakmiltv.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Fikrət Əhəd oğlu Aslanov FHN-nin nəzdində "İzotop" xüsusi kombinatının direktoru vəzifəsindən azad edilib.

Bundan başqa, nazirin digər əmri ilə Eldar Fərhadoviç Quliyev Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages