Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərilib.
Bakmiltv.info xəbər verir ki, Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun 2 əməkdaşı - Azər Əsgərov və İlqar Ağamirovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib.
Onlara Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
Baş Prokurorluqda görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.
Azər Əsgərov və İlqar Ağamirov göstərilən diqqətə görə minnətdarlığını bildirib, tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.
Hiç yorum yok:
Yorum Gönder