11 İyul – Ümumdünya Şokolad Günüdür



11 İyul – Ümumdünya Şokolad Günüdür

Şokolad Günü (World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. Tez bir zamanda məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb.

Çox sevdiyimiz şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. Onlardan birinə görə, şokolad qədim astek sözü olub, "xocolatl" yəni, kakao paxlasından alınan içkinin adını bildirir. Mənası isə "acı su" kimi tərcümə olunur. Avropada "qara qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub.

  Şokoladın tarixi 3000 il əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir. Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yeni sivilizasiya meydana gəlib. İrəli sürülən fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakava" kimi tələffüz edilib.

  Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat şokoladdır. Şokoladın tərkibindəki fenamin maddəsi insanda sevgi hissi yaradır.  

  Statistikaya əsasən, 20 yaşlı əksər gənclər məhz ağ şokolada üstünlük verir.

  Şokolad A, B, C, D, E, kalsium, kalium və natrium vitaminləri ilə zəngindir. Kakao və şokolad antiseptik xüsusiyyətlərə malik olub dişi bir çox zərərdən qoruyurlar.

  Şokolad yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olur.

  Dünyanın ən kalorili şokoladı südlü şokolad hesab edilir.

  Dünya qadınlarının 15 %-i hər gün şokolad yeyir.

  İsveçrəlilər dünyada ən çox şokolad yeyən əhali sayılır. Belə ki, hesablamalara əsasən, bu ölkədə hər sakinə il ərzində 10 kq. şokolad düşür.

  Müasir elm şokoladın tərkibində insanı psixoloji rahatladan elementlərin olduğunu göstərir. Tünd şokoladın növləri bədəndən endorfinin – insanda rahatlıq, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhvali-ruhiyyəni yüksəldir.

  Həmçinin ehtimal olunur ki, şokolad xərçəng əleyhinə effektə malikdir və qocalma prosesini ləngidir.

Hiç yorum yok:

Yorum Gönder

Pages