İstiləşmə həşəratları çaşdırır



Həşəratların bəzi növlərində təbii rənglərinin dəyişməsi cütləşmə yolda­şı tapmasını çətinləşdirir. Sidneydəki Makquori Universitetinin avstraliyalı ekoloqları belə qənaətə gəliblər ki, qlo­bal istiləşmə həşəratlara və onların cinsi fəallığına təsir edir. Temperatur artıqca həşəratların rəngləri də dəyişir. 

Qaranlıq böcəkləri isti havalarda daha fəal olurlar. Bu da onlara cütləşmə yoldaşı tapmaq­da üstünlük verir. Ancaq bunun əksi də baş verir. Bəzi həşəratlar temperaturun yüksəlməsi nəticəsində yaranan rəng dəyişikliyi səbəbin­dən əks cinsi tanıya bilmirlər.

Alimlərin fikrincə, temperatur yüksəldik­cə bəzi həşəratların rənginə təsir edən melanin piqmenti daha az istehsal olunur. Belə canlılar daha az istilik udmaq və ona daha asan dözmək üçün yüngül və parlaq olurlar.

Bəzi kəpənək növlərinin qanadlarının rəngi temperatur artıqca solur. Subarktik yarpaq bö­cəyinin kürəyindəki tünd ləkələr də istiləşmə ilə azalır. Bununla belə, bəzi həşərat növlərində əks tendensiyalar da aşkar edilib. Son dövrdə digər ərazilərdəki eyni kəpənək növləri, əksinə, daha da tündləşib. 

Hiç yorum yok:

Yorum Gönder

Pages