“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri və onun qurbanları” layihəsini icra edir.
Layihənin məqsədi İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
Həyata keçirilən layihədə İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə, əsasən də gənclər arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini həyata keçirmək nəzərdə tutulub. Həyata keçiriləcək tədbirlərdə “İnsan alveri və onun qurbanları” adlı maarifləndirici sosial çarx nümayiş olunacaq.
Layihə 3 ay müddətində Bakı şəhəri Yasamal rayonunda, eyni zamanda Quba və Qusar rayonlarında həyata keçiriləcək.
Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.
Hiç yorum yok:
Yorum Gönder