Hörmətli izləyicilər bu kadırları İmişli rayon Xubyarlı kəndindən lentə almışıq.
Xubyarlı kənd sakini İbayev Teymur Səyyub oğluna məxsus olduğu deyilən balıqçılıq dövlət torpağında ərsəyə gətirilib. Balıqçılıq gölünün neçə hektar olması bizə məlum olmasada onu bilirik ki, böyük ərazini əhatə edir. Bizə balıqçılığın ərazisi marağlı deyil. Bizə marağlı olan odur ki həm gölün altındakı bitkilər qərəzli şəkildə məhv edilir. Bundan başqa necə ola bilər ki balıq gölündən cəmi bir km məsafədə yerləşən pambıq yonca sahələrini fermerlər suvarmağa su tapa bilmədiyi halda bu balıqçılığn sahibi Teymur İbayev isə gen bol sudan istifadə edə bilir. Bu balıqçılığ təsərrüfatın suyu iki dövlət idarəsi verə bilər. Birincisi İmişli S.S.İ ikinci Bəhrəmtəpə Hidroqovşaq idarəsi. Bizdə bu idarənin hər ikisi ilə əlaqə saxladıq hər iki idarədən bildirdilər ki bizim sözügedən balıqçılıqa verilən sudan xəbərimiz yoxdur.Bura da nə qonşu Beyləqan nə də Saatlı rayonlarının S.S.İ-i su verə bilməsi mümkün deyil.Gördüyünüz kimidə balıq gölləri ağzına qədər də su ilə doludur. Bu bir yana bundan başqa sözügedən balıqçılığın fəaliyyətilə bağlı Mil Muğan regional Əmlak idarəsinin İmişli rayon nümayəndəliyindən bildirdilər ki, sözügedən balıqçılıq təssərrüfatına müəyyən qeyri qanunu fəaliyyətlərinə görə vaxtaşırı 1000(min) 1500(min beş yüz) mamat civarında cərmələr tətbiq olunub. Amma buna baxmayaraq həmin sahibkar bu gündə fəaliyyətini davam etdirir. Bəs adiyyatı qrumlar hara baxır. Sözügedən balıqçılıqa kim "KRİŞALIQ" edir ki, Teymur Səyyub oğlu İbayev bəzi dövlət qanununa məhəl qoymadan fəaliyyətini bu gündə davam etdirir.
Hiç yorum yok:
Yorum Gönder