İMİŞLİDƏ ARAZ ÇAYI NECƏ TALAN EDİLİR?.



Hörmətli izləyicilə!. Mən sizə Araz çayının İmişli rayon ərazisindən keçən hissəsində bir qrup işbazların sahibkarlıq adı altında fəaliyyətindən söz açmaq istəyirəm. Araz çayında xeyli sayda Qum Çınqıl karxanaları fəaliyyət göstərir əksəriyyətində heç bir qanuna əməl etmədən. Onların çoxunun işçilərlə əmək müqaviləsi olmadan, işçilərin həmin karxanalarda işləmələri üçün sağlam və hazır olmalarını təsdiq edən heç bir sənəd olmadan. Bundan başqa işçilərin zəruri olan təhlükəsizlik geyiminin təminatı olan əlcək, kaska xüsus fəhlə geyimi və hər hansı çınqıl parçasından və ya qum dənəciyindən qoruyan eynək  olmadan işçilərin xidmətindən istifadə edirlər.Nəticədə sabah hər hansı xoşa gəlməz hal baş verəndə məsuliyyət yenədə sahibkarın yox zərər çəkənin üzərində qalır.Bundan başqa sözügedən ərazidə sahibkarlıqla məşqul olanlara heç bir dövlət nəzarəti olmaması nəticəsində ərazidəki adı qırmızı kitaba düşmüş minlərlə Yulğun ağacları məhv edilir. Bundan başqa məndə olan məlumata görə həmin sahibkara Araz çayından qum çınqıl daşıması üçün yox Araz çayın lildən təmizləmək üçün icazə verilir və hənin sahibkarın qazıntı işləri apardığı əraziləri yenədə həmin qaydada bərpa edib təhvil vermək şərtilə. Amma bəzi işbazlar apardı qazıntı işlərinə məhv etdikləri inkişafda olan yulğun ağaclarının məhvindən sanki zövq alırlar.Bütün bunlardan adiyyatı və cavabdeh qrumların xəbəri olsada hələdə həmin qrumlar susmağa (Bəlkədə susulmağa) üstünlük verirlər. Hətta rayonun bəzi kəndlərində fəaliyyət göstərən karxanalar insanların yaşayışına mane olsalarda yenədə fəaliyyətlərini bu gündə davam etdirirlər. Məsələn İmişli rayonun Xubyarlı kəndində fəaliyyət göstərən karxanalar həm səs küy salmaqla, həmdə kəndarası yoldan istifadə etməklə sözügedən kəndin sakinlərinin yaşayışına mane olur, onların onların rahatlığını pozurlar. Hətta bizdə olan məlumata görə karxananın yük daşıma üçün istifadə etdiyi yolun kənarında yaşayan insanların bəzilərinin evinə müəyyən ziyanlar dəysədə hələdə həmin karxanalar bu gündə  fəaliyyətlərini davam etdirirlər. Bundan başqa kəndarası yoldan ağır tutumlu yük maşınlarının istifadə etməsi yaratdığı toz torpaqlar insanların evlərinə həyətlərinə dolur. Nəticədə insanlar xəstəlik həyətyanı ərazidə əkilən meyvə ağacları,  tərəvəzlər məhv olur. Bəs görəsən sözügedən kənd sakinlərinə edilən zülüm nə vaxta qədər davam edəcək? Görəsən heç bir qanun tanımayan, heç bir dövlət qanununa əməl etmədən  fəaliyyət göstərən karxana sahiblərinin əməlinə hüquqi qiymət verib  "DUR" deyən bir qrum və ya dövlət məmuru tapılacaqmı. Yoxsa bu zülüm hələ çox davam edəcək.


Hiç yorum yok:

Yorum Gönder

Pages