Artıq həkimin saxta rəyi əsasında hərbi xidmətdən yayınmaq istəyənlər bunu edə bilməyəcək.
Bakmiltv.info xəbər verir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi Tibbi Qiymətləndirmə Mərkəzində aparılır.
Bildirilib ki, burada 4 kateqoriyadan olan çağırışçılar yoxlanılır.
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində olan mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.
Elə bu məlumatlar əsasında da mərkəzi çağırış komissiyası şəxsin hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edir. Bundan sonra da yararlı olan şəxslərin Silahlı Qüvvələrə bölüşdürülməsi prosesi başlayır. Bütün bu işlərin görülməsi üçün mərkəzə ixtisaslaşmış şəxslər cəlb olunublar.
Daha ətraflı "Xəzər Xəbər"in süjetində:
Hiç yorum yok:
Yorum Gönder