Həlak olan hərbçilərimizə şəhid statusu veriləcək?



Ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Yunis Vasif oğlu Abbasov Kəlbəcərdə baş vermiş uçqun nəticəsində həlak olub.

Bundan əlavə, iyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun iyunun 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib.

"Həlak olan hərbçilərimizə şəhid statusu veriləcəkmi?" sualı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhid statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.

"Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər", - deyə o vurğulayıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages