Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 29-da Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanovun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Firudin Süleyman oğlu Süleymanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin".
Qeyd edək ki, Firudin Süleymanovun iyulun 1-də 90 yaşı tamam olacaq.
Hiç yorum yok:
Yorum Gönder