Ehtiyatda olan polkovnik, həkim-şair Ramiz Duyğun 2024-cü ilin iyul ayında idmanın cüdo növü üzrə keçiriıən yarışda Olimpiya çempionu adını qazanmış Hidayət Heydərova şeir həsr edib.Həmin şeiri nəzərinizə çatdırıram.




ŞamilSabiroğlu, 
Bakı, 31.07.2024.

Ramiz D

ZİRVƏLƏRİN ZİRVƏSİ!

(Paris Olimpiadasında Cüdo üzrə QIZIL MEDAL  qazanıb
Olimpiya çempionu olmuş HİDAYƏT HEYDƏROVA)

Qələbənə sözüm yox,
İzahat yox, çözüm yox!
Söz çatmır bu ucalığa, İGİDLİYƏ, qoçaqlığa!
Bu qüdrətə, kəramətə,
Mətanətə, cəsarətə!
Bircə söz var: AFƏRİN!
Mübarəkdir ZƏFƏRİN!
Bu sözü yazmaq şairin girəvəsi!
Qələbən ZİRVƏLƏRİN ZİRVƏSİ!
hidayət inayət oğlu!
İNAYƏTİN HİDAYƏT oğlu!
 AFƏRİN!
MÜBARƏKDİR ZƏFƏRİN!
AZƏRBAYCANIN  TATAMİ ÜZƏRİNDƏ
ŞİMŞƏK TƏK  ÇAXAN  oğlu!
Şahin tək ötən oğlu!
PƏHLƏVAN VƏTƏN oğlu!
Adın ilə ucaldı ÜÇRƏNGLİ  BAYRAĞIMIZ!
Günəş kimi nur saçdı  hər eldə çırağımız
Bütün yer kürəsinə, dünyamıza yayıldı
Adımız, sorağımız!
Adın ilə səsləndi Xalqımın, millətimin
Müqəddəs imanı, dini!
AZƏRBAYCAN  DÖVLƏT HİMNİ!
Qüdrətin, məharətin,
Cəsarətin mübarək!
Kəramətin mübarək!
Həmlənlə yerdən üzüldü
Rəqibinin dabanı!
Arxası üstdə çırpdın fransalı Qabanı!
Hakim alnına basdı
Onun xalis "ipponu!"
SƏN OLİMPİYA ÇEMPİONU!
hALALDIR SƏNƏ 
ANAN GÜNDÜZ XANIMIN SAF SÜDÜ!
HALAL VƏTƏN ÇÖRƏYİ
HALAL ATA ÖYÜDÜ!

Bu sözü yazmaq şairin girəvəsi:
"QƏLƏBƏN ZİRVƏLƏRİN ZİRVƏSİ!
HİDAYƏT İNAYƏT  oğlu!
İNAYƏTİN HİDAYƏT oğlu!
Bakı, 28 iyil 20 24 il.

Hiç yorum yok:

Yorum Gönder

Pages