Dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəyli



31 may tarixi görkəmli dövlət xadimimaarifçipublisist Nəsib bəy Yusifbəylinin anım günüdürNəsib bəy Yusifbəyli Azərbaycanın görkəmli dövlət  siyasi xadimiAzərbaycan Cümhuriyyətinin qurucularından   hökumət başçılarından biri idi.

Nəsib bəy Yusif oğlu Yusifbəyli (Usubbəyov) 5 iyul 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulmuşdurOrta təhsilini Gəncə gimnaziyasında almış, 1902-ci ildə Novorossiysk (OdessaUniversitetinin hüquq fakültəsinə daxil olmuşancaq bitirməmişdir. 1905-1907-ci illərdə Rusiyada inqilabi əhvali-ruhiyyə səbəbindən bu universitet müvəqqəti bağlanmışdı. 1907-ci ildə N.Yusifbəyli Krıma köçür, "Tərcümanqəzeti ilə əməkdaşlıq edirÖzü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini burada səhnəyə qoyur. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyətlə bərabər, "Türk dərnəyicəmiyyətinin təşkili ilə  məşğul olur. 1911-ci ildə N.Yusifbəyli Gəncəyə qayıdaraq "Molla Nəsrəddinjurnalı  "Tərcümanqəzetinə məqalələr göndərir, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində iştirak edir.

1917-ci ildə N.Y.Yusifbəyli öz həmfikirlərilə Gəncədə "Milli federalistlərin Türk partiyasınıyaradırPartiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya MƏ.Rəsulzadənin başçılığı ilə "Müsəlman demokratik müsavat partiyasıilə birləşərək "Müsavatadlandırılmağa başladıM.Ə.Rəsulzadə partiyanın mərkəzi komitəsinin sədri seçildiGəncədə partiyanın rəhbəri N.Yusifbəyli oldu. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başladıN.Yusifbəyli Zaqafqaziya seyminin üzvüZaqafqaziya federativ hökumətində - maarif naziriADR hökumətində 28 may 1918-ci ildən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Azərbaycan hökumətinin sədri olmuşdur.

N.Yusifbəyli Azərbaycan Cümhuriyyəti "İstiqlal Bəyannamə"sini imzalayanlardan  müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olubAzərbaycan Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinetində N.Yusifbəyli maliyyə  xalq maarifi naziri vəzifəsiniXoyskinin 2-ci  3- hökumət kabinetlərində  xalq maarifi  dini etiqad naziri vəzifələrini tutmuşduXalq Maarifi Nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olubBu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq  Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurduMəhz buna görəN.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28- Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdiXalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai  23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdiParlamentdə daxili  xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən Nəsib bəy Yusifbəyli bildirmişdi: "Hökumətin xarici siyasət sahəsində başlıca məqsəd  vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaqölkənin ərazi bütövlüyünü qoruyub saxlamaqdaxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltməkəhalinin sosial rifahını yaxşılaşdırmaqdemokratik azadlıqlarıo cümlədən sözmətbuatyığıncaq  sazadlıqları təmin etməkdir".

1919-cu ildə 4- hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış  aprelin 14- elan olunan tərkibdə obaş nazir vəzifəsindən əlavədaxili işlər naziri vəzifəsini  tutmuşduN.Yusifbəylinin 1919-cu ilin dekabrında təşkil etdiyi ikinci hökumət kabineti 1920-ci ilin martına kimi fəaliyyət göstəribBu zaman Parlamentdə çox mühüm məsələlər müzakirə edilmişqanunlar qəbul olunmuşdurYusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərinmilli himnindövlət gerbi  möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar olmuşdurAzərbaycan Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədiDiplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı  işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. 1920-ci il aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi nəticəsində XI qızıl ordu hissələri Azərbaycan Cümhuriyyətini devirdi  ərazisi işğal olunduBakının XI qızıl ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda - Kürdəmir yaxınlığındakı stansiyada faciəli surətdə qətlə yetirildi.

Mustafa KAMAL,

"Respublika".

 

 

Hiç yorum yok:

Yorum Gönder

Pages