Ədliyyə Nazirliyində yeni təyinat - Foto


edliyye-nazirliyinde-yeni-teyinat

Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis təyin edilib.

“Bakmiltv.info” xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Cahangir Hacıyev bu vəzifətəyə təyinat alıb.

Qeyd edək ki, 46 yaşlı Cahangir Hacıyev 2012-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar, İnsan resurslarının idarəedilməsi, Elektron sənəd dövriyyəsi şöbələrində müdir müavini vəzifələrində çalışıb.

O, “Tərəqqi”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi” yubiley medalları ilə təltif edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages