İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Qeyd edək ki, xidmətdə müsbət xarakterizə olunan Xanlar Əhmədov əsgər kimi Daxili Qoşunlarda xidmət edib. Onun istəyi nəzərə alınaraq müddətdən artıq hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətini davam etdirib.
Hazırda araşdırma aparılır.
Hiç yorum yok:
Yorum Gönder