"Elə deputatlar var ki, heç bir dəftərdə adı yoxdur" - Abid Şərifov



“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”.

Bakmiltv.info xəbər verir ki, bu sözləri manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını bildirib:

“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı  heç bir dəftərdə  yoxdur”

Müxbirin “Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?” sualına Abid Şərifovun cavabı belə olub:

“Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacam. Bütün qoca deputatlara can sağlığı  arzulayıram. Onlara uğurlar diləyirəm”

Hiç yorum yok:

Yorum Gönder

Pages