Peşəkarlığı,iradi,səmərəli fəaliyyəti, humanistliyi,ışguzarlığı, mənəvi keyfiyyəti,sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı,dəqiqliyi və təmkinliyi ilə seçilən, Daxili Qoşunların Bas İdarəsinin Ağdərə, Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə Millətə,Dövlətə,Vətənə və Xalqa sədaqətlə xidmət etmiş,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinn Bərdə rayon şöbəsının üzvü-istefada olan kapitan Əhmədov Mehman Əhməd oğlu
2024 ci ilin iyul ayının 24 -də Bərdə rayonun Qəhrəmanlı kəndində vəfat edib.
Daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,2-ci qrup müharibə əlili istefada olan kapitan Əhmədov Mehman Əhməd oğlunun vəfatı ilə bağlı, Daxili Qoşunların Komandanlığı , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
2-ci qrup müharibə əlili kapitan Əhmədov Mehman Əhməd oğlu 10 iyun 1958-ci ildə Bərdə rayonun Qəhrəmanlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur , Mehmanın oğlu Elxan Əhmədov atasının həyat yolunu davam etdirək Daxili Qoşunların hərbi hissələrində mayor rütbəsində xidmət edir.
Əhmədov Mehman Əhməd oğlu Bərdə rayonun Qəhrəmanlı kənd orta məktəbi və SSR Ali Hərbi Məktəbi bitirmişdir.
Kapitan Mehman Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl isiqamətində) gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır .
O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin sözsüz və dəqiq yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsidə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Kapitan Mehman Əhmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Kapitan Mehman Əhmədovun Daxili Qoşunlarda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinində isə ictimai vəzifələrini yetirən illər ərzində öz xidməti və ictimai vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirnin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, təhsil aldığı ali təhsil müəssisə rəislərinn müvafiq əmrləri bir sira medallarla, əlaçı və yubiley döş nişanları ilə təltif olunmuş, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırmış və ona təşəkkür elan edilmişdir.
KAPİTAN MEHMAN ƏHMƏDOVA ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN. AMİN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder