Yüksək peşəkarlığı,iradi,səmərəli fəaliyyəti, humanistliyi,ışguzarlığı, mənəvi keyfiyyəti,sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı,dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili işlər orqanlarında, Daxili Qoşunların Bas İdarəsinində, Əydiliyə Nazirliyininin Şüvalan Təçirdxanasında, «Azal «QSC-nin Təhlükəsizlik İdarəsində keçirmiş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinn Suraxanı rayon şöbə sədrinin hüquqi məsələlər üzrə müavini-istefda olan mayor Həsənov Çingiz Müzəffər oğlu 2024 ci ilin iyul ayının 21 -də Bakı şəhəri Dübəndi qəsəbəsində uzun sürən xəstəlikdən vəfat edib.Çingiz Həsənov 22 iyul 2024 -cü il tarixində Dübəndi qəsəbə qəbiristanlığında dəfn ediləcək.
Daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan, istefada olan mayor Çingiz Həsənovun vəfatı ilə bağlı,Daxili Qoşunların Komandanlığı , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Mayor Həsənov Çingiz Müzəffər oğlu 30 sentyabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur , Çingizin atası Müzəffər Həsənov uzun müddət Mirzə Fətəli Axundov adına dövlət respublika milli kitabxansında işləyib, oranın partkom və elmi medotiki şöbənin müdiri olmuşdur .
Cingiz Həsənov 1984-ci ildə Daxili işlər nazirliyinin Barnaul şəhərində yerləşən milis məktəbi 1986-cı ildə Ali Partiya məktəbi, 1991-ci ildə isə Daxili İşlər Nazirliyinin Moskva şəhərində yerləşən Polis Akademiyanı bitirmişdir.
Müharibə veteranı- istefada olan mayor Həsənov Çingiz Müzəffər oğlu 1980-1982 -ci illərdə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə manqa komandiri, taqım komandirinin müavinini (cavuş hərbi rütbəsində) vəzifələrində olmuşdur .
Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə, Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində xüsusi təyinatlı dəstənin ilk komandiri, hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində Hüquq şöbəsinin rəisi, Daxili İşlər Nazirliyinin Baş içtimai təhlükəsizlik idarəsində baş inspektor, Ədiliyə Nazirliyinin Şuvalan təcridxanasında əməliyyat şöbəsinin rəisi, «Azal » Qapalı Səhmdar Cəmiyyətinin Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmət rəisinin müavini vəzifələrində işləmişdir .
Mayor Çingiz Həsənov «Azal » təhlükəsizlik xidməindən təqaüdə cıxdıqdan sonra Vəkilər haqqında qanun tələblərinə əsasən Vəkilik fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbə sədrinin hüquqi məsələlər üzrə müavini idi.
Çingiz Həsənov Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl isiqamətində) gedən döyüşlərdə iştirak edib. Ağdam rayonun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır .
O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin sözsüz və dəqiq yerinə yetirilməsi işində daimi nümunə olmuş,Millətə, Dövlətə, Vətənə və Xalqa isə sədaqətlə xidmət etmişdir
O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsidə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Çingiz Həsənov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mayor Çingiz Həsənov Daxili işlər orqanlarında, Ədiliyə Nazirliyində, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinində isə ictimai vəzifələrini yetirən illər ərzində öz xidməti və ictimai vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirnin, Ədiliyə Nazirliyin rəhbərliyinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, təhsil aldığı ali təhsil müəssisə rəislərinn müvafiq əmrləri bir sira medallarla, əlaçı və yubiley döş nişanları ilə təltif olunmuş, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırmış və ona təşəkkür elan edilmişdir.
MAYOR ÇİNGİZ HƏSƏNOVA ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN. AMİN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder