Cənnətdəki dördüncü doğum günü, 29 yaşı tamam olan-ŞƏHİD ZAUR İSMAYILZADƏNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “BUĞRA TƏLƏSİ” KİTABININ BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ TƏQDİMAT MƏRASİMİ OLDU… – FOTOLAR – YENİLƏNİB



Lənkəran şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Zaur Nizami oğlu İsmayılzadənin doğum günüdür.

Zaur İsmayılzadənin bu gün 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün günorta saatlarında, 14:00-da Beynəlxal Muğam Mərkəzində Zaur İsmayılzadənin xatirəsinə, qəhrəmanlıq yoluna həsr olunmuş “Buğra tələsi” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi şairə Güllü Tomarlının rəhbəri olduğu Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, sözügedən kitabın müəllifi Ötərxan Eltacdır.

Təqdimat mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərasimdə tədbirin həm təşkilatçısı, həm də aparıcısı olan Güllü Tomarlı, adıçəkilən kitabın müəlifi Ötərxan Eltac, Şəhidin anası Sevil Hüseynova, o cümlədən Şəhid anaları, Şəhid yaxınları, Qazilər, ziyalılar çıxış ediblər.

Çıxışlarda Şəhidin qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan danışılıb, Vətən naminə fədakarlıqlarından bəhs olunub.

Cənnətdəki dördüncü doğum günü təbrik edilib, Şəhidə həm analıq, həm də atalıq etmiş-keçmiş hərbçi Sevil Hüseynovaya Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin anası Sevil Hüseynova da öz növbəsində “Buğra tələsi” kitabının müəllifi Ötərxan Eltaca, tədbirin təşkilatçısı Güllü Tomarlıya, o cümlədən təqdimat mərasiminin iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə, Qazilərə öz minnətdarlığını ifadə edib, övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu söyləyib.

Tədbirdə həmçinin, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.

Solmaz Kosayevanın və digər ifaçıların çıxışları, ifaları tədbir iştirakçılarını kövrəldib, duyğunlandırıb, təsirləndirib.

Tədbir iki saatdan çox davam edib.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib.

Etikxeber.az xəbər verir ki, Zaur İsmayılzadə 1995-ci ilin 29 iyul tarixində Lənkəran şəhərinin İstisu qəsəbəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

Anası-keçmiş hərbçi Sevil Hüseynova onlara həm analıq, həm də atalıq edib.

2001-2012-ci illərdə şəhid Vüqar Məmmədov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyini başa vurduqdan sonra müxtəlif MMC-lərdə mühafizəçi kimi işləyib.

Sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbçisi, Gizir kimi döyüşlərdə iştirak edib.

Döyüşlər zamanı ağır yaralanıb və səhhətində problemlər yarandığı üçün 2017-ci ildə Ordudan təxris olunub.

Bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsi zamanı könüllü şəkildə Vətənin müdafiəsinə atılıb.

Sentyabrın 29-dan oktyabrın 6-can döyüş yolu keçib və Füzuli rayonu istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Nəşi 3 gün sonra, oktyabrın 9-da Lənkəran şəhərinin İstisu qəsəbəsində Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

16:50

***

FOTOLAR:



20:00

***


Hiç yorum yok:

Yorum Gönder

Pages