Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Neftçala rayonunun İgidi Rəvan Mərdan oğlu Quliyevnın “ DOĞUM GÜNÜDÜR”
Rəvan Mərdan oğlu Quliyev (17 iyul 2001; Şirvan, Azərbaycan — 24 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı - Rəvan Quliyev 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçmüşdür. Rəvan 2007-ci ildə Bakı şəhər Səbail rayonunun 51 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə Neftcala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7-ci sinfinə getmişdir. 1 il orada oxuduqdan sonra yenidən Bakı şəhərinə qayıdan Rəvan, 9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirmişdir. Daha sonra bərbərlik sənətinə yiyələnmişdir. Ən böyük arzusu məşhur futbolçu olmaq idi. Rəvan ailənin 2 oğul övladından biri idi.
Hərbi xidməti - Rəvan Quliyev 7 yanvar 2020-ci il tarixində Neftcala RHK-dan Ağcabədi rayonuna həqiqi hərbi xidmətə yollanmışdır. 3 ay orda xidmət etdikdən sonra Füzuli rayonunun N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. O, 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinə qatılmış və Cəbrayıl,Füzuli,Zəngilan Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəvan Quliyev oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Oktyabrın 25-də Neftcala rayon Astanlı kəndində dəfn olunmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından, _AD GÜNÜNÜ _ Əziz xatirələrlə yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov
Hiç yorum yok:
Yorum Gönder