Cəmiyyətdə qadınların rolu Mehriban Əli qızı Abdullayevanın uğurlu həyat hekayəsi



Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verilir.
 Azərbaycanda qadın ilk növbədə ailə ocağının qoruyucusu adı ilə assosiasiya olunur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir.
Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
Qadın ana olmaqla bərabər, eyni zamanda cəmiyyətin əsas dayaqlarından biridir. "Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, adilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsiyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır." Qadınlarımız bu gün ailənin, ocağın sədaqətli qoruyucularıdır. Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. Çünki analar bəşəriyyətin ilk tərbiyəçiləridir. Qadın düyaya yeni nəsillər gətirir, onu böyüdür və tərbiyə edir.Bu gün Azərbaycan qadını öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur.
  Azərbaycan qadınları cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edirlər. Bu gün də qadınlarımız ictimai-siyasi həyatda iştirak etmək ənənəsini, missiyasını çox uğurla daşıyırlar.
 Azərbaycanda qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki uğurlarımızın zirvə nöqtəsinə yüksəlməyimiz və Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Öz Vətənini Ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu yaratmışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu rəşadətli nəsil məhz, 44 günlük Vətən müharibəmizdə öz mərdliyi ilə ümidlərimizi tam doğrultmuşdur.
   Tanıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgiləri onların həyat hekayəsi bizlərə açıqlayır. Sizlərə təqdim etdiyimiz Mehriban Əli qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir.
Abdullayeva Mehriban Əli qızı 1965-ci ilin sentiyabr ayında Bakı şəhərində anadan olub.1980-cı ildə Yasamal rayonu 13 nömrəli məktəbin 8-ci sinifini bitirib, 1980-1984 –cü illərdə Bakı Baza Energetika texnikumunu Elektrotexnika fakultəsini fərqlənmə diplomu ilə bitirib.
1986-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Yolinşaat fakultəsini bitirib.
1998-2002-ci illərdə BDU hüquq fakultəsində təhsil alıb.
1985-1993 –cü illərdə Azəraqroyol layihə inşaat birliyində mühəndis vəzifəsində çalışıb.1993-1998-ci illərdə 11 N və 12 N Rayonlararası İstismar Təmir Tikinti Trestində mühəndis vəzifəsində, 1998-ci illərdə Azərbaycan Respublikası Qizil Aypara Cəmiyyətində,Yasamal rayon icrayə Komitəsində sədr müavini vəzifəsində işləyib.1999-2005- ci illərdə Vektor Beynəlxalq Elm Mərkəzində,Beynəlxalq layihələr üzrə direktor vəzifəsində çalışıb.
2000-ci ildən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədridir.
2011-2016 ci ildə BDU-da inspektor vəzifəsində işləyib.8 oktyabr 2004-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi “XXI əsr Azərbaycanın Tanınmış Xanımları” beynəlxalq Diplomu ilə təltif olunmuşdur.Müxtəlif Beynəlxalq və yerli mükafatlar,medal və ordenlərə layiq görülüb.
Mehriban xanım İnsan alverinə qarşı Mübarizə baş İdarəsi və QHT-lər Koalisiyasının təsisçilərindəndir,İdarə Heyətinin üzvüdür.OHT Şurası,Azərbaycan həqiqətlərini tanıtım işçi komissiyasının üzvü,Azərbaycan respublikası Rpezdenti yanında OHT-lərə Dəstək Şurasının -Şuşaya Azadlıq və Xocalıya ədalət kompaniyalarının təşkilat komitəsinin üzvü,Soyqırım və Teror əleyhinə QHT Koalisiyasının ,Azərbaycan Həqiqətləri Uğrunda Koalisiyasının üzvüdür.
Sədri oldugu Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai birliyinin xətti ilə həyata keçirilmiş layihələr :
   -2012-ci ildə “Qadinlarimizi qoruyaq və maarifləndirək”; - 2013-cü il Prezident seçkilərinə dəsdək və seçkilərin manitorinqi; -2014-cü il Azərbaycanda keçiriləcək Bələdiyyə seçkiləri zamanı ictimai rəyin formalaşdırılması və seçkidə fəail iştirakın vacibliyinin əhali arasında təbliği. Seçkilərə ictimai nəzarətin həyata keçirilməsi;
-2015-ci il ''Insan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq;
-2017-ci il.” İnternet üzərindən həyata keçirilən insan alverinə Son”;
- 2018-ci il. İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği”; -”.2019 cu il.”Insan alverinin qurbanı olma”;
-2020ci il.”Pandemiya ilə baglı regionlarda maarifləndirmə”
-2021ci il”Insan alverinə birgə yox deyək”;
-2022ci il”Müasir köləliyə biganə qalma” uğurla həyata keçrilmişdir.
     Mehriban xanımın həyat yoldaşı-Abdullayev Vidadi Əbdülrəhman oğlu-Xalq Təsərrüfati institunu bitirib,təqaudçüdür.Mehriban xanımın 2 övladı,3 nəvəsi var.
   Mehruban xanımın ictimai fəaliyyəti təqdirəlayiqdir!Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət ,ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə,müharibə veteranlarına diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. Həyat hekayəsi onun vətən sevgisindən, bütün varlığı ilə bu yurda, bu torpağa bağlı olmasından,ana, nənə, qadın, vətəndaş kimi mövqeyindən xəbər verir.Mehriban xanıma uğurları arzulayırıq!
     
Zülfíyyə Vəliyeva 
Respublikanın Əməkdar Müəllimi 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hiç yorum yok:

Yorum Gönder

Pages