Bu gün Azərbaycan Vətən övladının Neftçala rayonunun Qəhramanı ŞƏHİD Əliyev Rafael Allahyar oğlunun Doğum Günüdür,




ŞƏHİD Əliyev Rafael Allahyar oğlu 21.07.1972-ci il tarixində Neftçala rayonu Pirəbbə kəndində anadan olmuşdur 
ŞƏHİD Əliyev Rafael Allahyar oğlu  Neftçala rayonu Pirəbbə kəndində bitirdikdən sonra Sovet qoşunları tərkibində hərbi xidmətə yollanmışdır və Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş,  (M/N tərkibindəki 123 saylı h/hissə ) və cəbhənin ön xəttində xidmətə başlamışdır. 
ŞƏHİD Əliyev Rafael Allahyar oğlu   10.09.1992-ci ildə Ağdam rayonu  Çıldıran istiqaməti ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən ŞƏHİD olmuşdur.
ŞƏHİD Əliyev Rafael Allahyar oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.  Məzarı Pirəbbə kəndindəki kənd qəbristanlığında. 

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
              Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages