Bu gün Azərbaycan Vətən övladının Neftçala rayonunun Qəhramanı ŞƏHİD Səfərov Mais Şakir oğlunun Doğum Günüdür,




ŞƏHİD  Səfərov Mais Şakir oğlu 20 iyul 1999-cu ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 2006-ci ildə Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Sabunçu rayonu Balaxanı qəsəbəsi C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31 may 2019-cu ildə kollec təhsilini başa vurmuşdur.
Mais Səfərov 1 iyul 2019-cu ildə Neftçala Rayon Hərbi Komissarlığından xidmətə yollanmış, Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdir. Əsgərlikdə olarkən xidmətini layiqli yerinə yetirdiyi üçün dəfələrcə fəxri fərmana layiq görülmüşdür. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşlərdə qatılmışdır. Mais Səfərov Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Mais Səfərov Ağdərə rayonu Ağuçuq kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 28 oktyabr 2020-ci il tarixində Neftçala rayonu, Xolqarabucaq kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Səfərov Mais Şakir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
 
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
              Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages