Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Aydın Əsədulla oğlu Qurbanov dəfn edilib.
Bakmiltv.info bildirir ki, şəhidin nəşi Sabunçu rayonunun Maştağa qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
11:26
Birinci Qarabağ müharibəsində itkin düşmüş və 32 il sonra şəxsiyyəti müəyyənləşdirilən Aydın Əsədulla oğlu Qurbanov vida mərasimi keçirilir.
Bakmiltv.info xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhid Maştağa qəsəbəsi Şəhidlər xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, Aydın Əsədulla oğlu Qurbanov 1967-ci il yanvarın 12-də Bakıda anadan oıub.
O, 1994-cü il aprelin 18-də Ağdam rayonun Güllücə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Nəzrin Vahid
Hiç yorum yok:
Yorum Gönder