Bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirdi



Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib.

"Report"un məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Mehdi Maşallah oğlu Bağırov evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.

İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages