5 iyul 2024-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
BAKU.WS xəbər verir ki, hərraca 4 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:
S/N | Balanssaxlayıcı müəssisənin adı | Nəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Start qiyməti | Ödəniləcək 10% beh (manatla) |
1 | "Azər-Türk Bank" ASC | Audi A6 | 90PG546 | 2015 | 15000 | 1500 |
2 | "Azər-Türk Bank" ASC | Audi A6 | 77AX443 | 2015 | 14250 | 1425 |
3 | "Azər-Türk Bank" ASC | Audi A6 | 10AH181 | 2015 | 13750 | 1375 |
4 | "Azər-Türk Bank" ASC | Audi A6 | 77PR557 | 2015 | 14500 | 1450 |
Qeyd edək ki, beh "Azər-Türk Bank" ASC-nin aşağıdakı hesabına köçürülməlidir. Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
- Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
- "Azər-Türk Bank" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20
Əlaqə: "Azər-Türk" Bank ASC, (tel:055-205-13-33);
Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (1705)
Hiç yorum yok:
Yorum Gönder