Bakıda fərdi yaşayış evində yanğın oldu



Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olub.

Bu barədə Bakmiltv.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Hiç yorum yok:

Yorum Gönder

Pages