Bakıda bu həftə hansı mədəni tədbirlər olacaq? - AFİŞA



Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

Bakmiltv.info-nın təqdim etdiyi afişada iyulun 10-dan 14-dək Bakıda keçiriləcək tamaşalar, konsertlər və digər tədbirlər yer alır.

10 iyul

Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da "Qarabağ gecəsi" adlı xeyriyyə konserti olacaq.

Konsert Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq, "Qaytağı" instrumental ansamblı və caz musiqiçiləri iştirak edəcəklər.

Konsertdən əldə ediləcək bütün vəsait işğaldan azad olunmuş ərazilərdə yerləşən mədəniyyət obyektlərinin bərpası və yenidən qurulmasına sərf ediləcək.

Biletlərin qiyməti: 30-90 AZN.

Heydər Əliyev Sarayında saat 19:00-da "Ötən illərin nəğmələri" adlı konsert baş tutacaq.

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri - Xalq artistləri Flora Kərimova, Zaur Rzayev, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Mübariz Tağıyev iştirak edəcəklər.

Biletlərin qiyməti: 29-99 AZN.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Aysedora" (rus dilində) tamaşası nümayiş olunacaq.

Məşhur rus yazıçı-dramaturqu Zinovi Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" monotamaşasının rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

Biletlərin qiyməti: 10 AZN.

12 iyul

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da "Ələddinin sehrli çırağı", saat 16:00-da "Çipollino" (rus dilində) tamaşaları oynanılacaq.

Biletlərin qiyməti: 5 AZN.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Qadınım" tamaşası nümayiş ediləcək.

Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

Biletlərin qiyməti: 8-15 AZN.

Azərbaycan Dövlət Yuğ Teatrında saat 19:00-da "Mənəm, mən..." tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa Kukla Teatrının səhnəsində oynanılacaq.

Biletlərin qiyməti: 5-15 AZN.

Yaşıl Teatrda saat 20:00-da Xalq artisti Miri Yusifin konserti olacaq.

Qeyd edək ki, konsert üç gün - 12, 13 və 14 iyul tarixlərində olacaq.

Biletlərin qiyməti: 20-145 AZN.

13 iyul

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da "Məlikməmməd" tamaşası oynanılacaq.

Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın mövzusu və ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır.

Biletlərin qiyməti: 5 AZN.

Azərbaycan Dövlət Kukla Teatrında saat 16:00-da "Pişiyin evi" (rus dilində) tamaşası nümayiş olunacaq.

Samuel Marşakın ibrətamiz hekayəsi əsasında tamaşaya qoyulan səhnə əsərinin rejissoru Anar Məmmədovdur.

Biletlərin qiyməti: 5 AZN.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 13:00-da "Tənbəl Dovşan" adlı tamaşa oynanılacaq.

Biletlərin qiyməti: 7 AZN.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Adamın adamı" adlı tamaşa oynanılacaq.

Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında tamaşaya qoyulan səhnə əsərinin bəstəkarı Xalq artisti Vasif Adıgözəlov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Biletlərin qiyməti: 8-15 AZN.

Azərbaycan Dövlət Yuğ Teatrında saat 19:00-da "21:15 qatarı" adlı tamaşa nümayiş olunacaq.

Dramaturq Toyğun Orbayın əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.

Qeyd edək ki, tamaşa Kukla Teatrının səhnəsində oynanılacaq.

Biletlərin qiyməti: 5-15 AZN.

"M-Teatr"da saat 19:00-da "Yad qadının məktubu" adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 10-20 AZN.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da "Solğun çiçəklər" tamaşası oynanılacaq.

Cəfər Cabbarlının eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu rejissoru Lalə Şirinovadır.

Biletlərin qiyməti: 7-10 AZN.

14 iyul

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da "Dovşanın ad günü" qeyd olunacaq.

Xanımana Əlibəylinin eyniadlı nağıl-poeması əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Biletlərin qiyməti: 5 AZN.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 12:00-da "Göyçək Fatma" tamaşası oynanılacaq.

Eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında səhnələşdirilən nağıl-tamaşanın rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Biletlərin qiyməti: 7 AZN.

Azərbaycan Dövlət Yuğ Teatrında saat 19:00-da "Asılqan" tamaşası nümayiş olunacaq.

Yazıçı Anarın "Asılqanda işləyən qadın" hekayəsi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Abdul Qənidir.

Qeyd edək ki, tamaşa Kukla Teatrının səhnəsində olacaq.

Biletlərin qiyməti: 5-15 AZN.

"M-Teatr"da saat 19:00-da "Adamlar və siçanlar" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 10-20 AZN.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Leyli və Məcnun" tamaşası oynanılacaq.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı muğam operası və böyük mütəfəkkir Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanan səhnə əsərininin librettosu və quruluşçu rejissoru Samir Qulamovdur.

Biletlərin qiyməti: 7-12 AZN.

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat 20:00-da "Ələkbər Tağıyev 100 - Bizim Bakı gecələri" adlı konsert baş tutuacaq.

Konsert proqramında korifey bəstəkar Ələkbər Tağıyevin əsərləri səhnəmizin ulduzlarının ifalarında və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının estrada ansamblının müşayiəti ilə səslənəcək. Qonaqlar arasında Xalq artistləri Nisə Qasımova və Şahnaz Haşımova, müğənnilər Zamiq Hüseynov, Almaxanım, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Ülviyyə, Əməkdar incəsənət xadimi Mehparə Cəfərova və başqaları olacaq.

Biletlərin qiyməti: 15-50 AZN.


Hiç yorum yok:

Yorum Gönder

Pages