Azərişıq", "Azərsu" və "Azəriqaz" kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür



"Azərişıq", "Azərsu" və "Azəriqaz" kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür.

Bakmiltv.info xəbər verir ki, "MPAY" şirkətinin Biznesin inkişafı və İnnovasiyalar şöbəsinin rəhbəri Rüfət Aslanovun verdiyi məlumata əsasən, artıq vətəndaşlar "Azərişıq Makel" ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq edə bilərlər.

"Bildiyiniz kimi, ölkəmizdə ilk dəfə "AzəriQaz Gallus" və "Zenner", "Azərsu" NFC kartlarının onlayn ödəmə imkanını təqdim etmişik. Bu dəfə də ənənəmizə sadiq qaldıq, müştərilərimiz üçün "Azərişıq Makel" ödənişlərinin mobil cihaz vasitəsilə mümkünlüyünü təmin etdik.

Artıq vətəndaşlar "Azərişıq Makel" ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq edə biləcəklər. Bunun üçün sadəcə "MPAY" mobil tətbiqini "App Store" və ya "Play Store"dan yükləmək kifayətdir. Daha sonra tətbiqdə qeydiyyatı tamamlayıb kommunal ödənişlər bölməsinə keçid edin. Buradan "Azərişıq Makel" NFC xidmətini seçərək kartı smartfonunuza yaxınlaşdırın və ödənişi tamamlayın", - deyə Rüfət Aslanov bildirib.

Qeyd edək ki, bütün kommunal xidmətlər üzrə NFC kart ödənişlərini mobil tətbiqimiz vasitəsilə etmək mümkündür.

Hiç yorum yok:

Yorum Gönder

Pages