Gecəyarısı Mədinədən Bakıya gələn təyyarə ilə azərbaycanlı zəvvarların son qrupu Bakıya gətirilib.
Bu barədə Bakmiltv.info-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.
İdarə rəsmisinin sözlərinə görə, Məkkədən sonra Mədinəyə gələn zəvvarlar artıq evə dönüblər:
"Məkkədə həcc ziyarətini başa vurduqdan sonra zəvvarlar peyğəmbərimizin şəhəri sayılan Mədinədə bir neçə gün qonaq olublar. Burada onlar peyğəmbərin məscidində namaz qılıblar, onun məzarını, böyük səhabələrin və imamların qəbirlərini ziyarət ediblər. Zəvvarlar Quba məntəqəsində yerləşən islam tarixinin ilk məscidinə, Uhud döyüşünün baş verdiyi əraziyə və s. tarixi yerlərə təşkil olunmuş ekskursiyadan da zövq alıblar. Artıq bütün zəvvarlar evlərinə qayıdıblar.
Beləliklə, builki həcc missiyasını tamamlanmış hesab etmək olar".
Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə ümumilikdə 1500 zəvvar yollanmışdı.
Hiç yorum yok:
Yorum Gönder