Azərbaycanda 156 nəfər deputatlığa namizədliyini irəli sürüb



"156 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

Bakmiltv.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bugünkü iclasında çıxışı zamanı bildirib.

O bildirib ki, 1 nəfər öz ərizəsi ilə siyahıdan çıxarılıb. Buna səbəb onun başqa yerdə namizədliyinin irəli sürülməsi olub.
M.Pənahov onu da əlavə edib ki, ümumilikdə 458 nəfər səlahiyyətli nümayəndə qeydə alınıb.

"Müşahidəçilərə bizim cavabımız əvvəlki prinsiplə gedir. Kimlərə rədd cavabı veriləcəksə, komissiyanın iclasında müzakirəyə çıxarılıb sonra qərar verilməlidir", - deyə o qeyd edib.

Bildirilib ki, deputatlığa namizədliyini irəli sürən 155 nəfərdən 71 nəfərin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages