Azərbaycan Respublikasının Əməkdar artisti Abbas Qəhrəmanovun doğum günüdür.



 
Abbas Əhməd oğlu Qəhrəmanov 24 iyul 1960-ci ildə İrəvan şəhərində anadan olmuşdur.1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmiş və elə həmin il Akademik Milli Dram Teatrına təyinat almışdır.1981-1983-ci illərdə hərbi xidmətdə olan Abbas Qəhrəmanov, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır.1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir.

1990-ci ildən yenidən Akademik Milli Dram Teatrında qayıdan aktyor

Mərvan(“Fəryad”B.Vahabzadə), Qoşqar (“Cəzasız günah”

K.Kərimov ),Rasim(“Cahargah fantaziyası”Q.Rəsulovun), Aparıcı (“Məlik Məmməd” nağılı),Rasim  “Əcəb işə düşdük”Ş.Qurbanov),Ər (“Müəmmalı bir qətlin üç versiyası”R.Akutaqava),Məmmədxan( “Hökmdar və qızı”İ.Əfəndiyev),       İsgəndərzadə( “Ah Paris,Paris…”Elçin),Şöklü Məlik “Burla xatun”N.Xəzri),   Aşpaz(”Kuraj və uşaqları” B.Brext), Sahil (“Köhnə ev”, Ə.Əmirli), Aparıcı

(“Şıltaq Şahzadənin nağılı”),Andronik(“Hələ “sevirəm”deməmişdilər…”R. Novruz), Torvald Helmer(“Oyuncaq ev”H.İbsen),Xondulu,Rışid, (“Ölüləri qəbristanlıqda basdırın”İ.Şıxlı),Durmişxan(“Kaş araba aşmayaydı”O.İoseli-  ani),Serjant Trotter(A.Kristinin “Tələ”),Dövran (“Vəsiyyət” H.Mirələmov),

Şah Qacar (”Şah Qacar” Ə.Əmirli) və s. tamaşalarda müxtəlif rollar oynamışdır.

Abbas Qəhrəmanov bir sıra televiziya tamaşalarında və filmlərdə  maraqlı rollar oynamışdır.

Bunlardan Şahin(“Nişan üzüyü”),Xansu (“Mənim günahım”),Ragin

(“Altıncı palata»), 3cü qardaş(“Yurd yeri”) Buğacxan(“Dədəm Qorqudun kitabı”),Rasim (“Hədiyyə”) tamaşalarını tamaşaçılar maraqla qarşılamışdır.

Abbas Qəhrəmanov 2009–cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.


Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. 
Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır.[1]
 
O, burada Mərvan (B. Vahabzadə "Fəryad"), Qoşqar (K. Kərimov "Cəzasız günah"), Rasim (Q. Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş. Qurbanov "Əcəb işə düşdük"), Ər (R. Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ. Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris, Paris…"), Şöklü Məlik (N. Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə. Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B. Brext "Oyuncaq ev" H. İbsen), Xondulu, Rəşid (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Durmişxan (O. İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A. Kristin "Tələ"), Dövran (H. Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə. Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir.[1]
 
Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar.
---
2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.[1]
1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[2]
2017-ci il oktyabrın 12-də Prezident mükafatından məhrum edilib. Daha sonra yenidən 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[3]
Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021-ci il[4], 10 may 2022-ci il[5], 9 may 2024-cü il[6]
===

Filmoqrafiya:
Mənim günahım (1985, tammetrajlı film-tamaşa) – aktyor (Xansu)
Astana (1986, tammetrajlı film-tamaşa) – aktyor (Draqun)
Dəfn edilməmiş ölülər (1988, tammetrajlı film-tamaşa) – aktyor (Fransua)
Nişan üzüyü (????, tammetrajlı film-tamaşa) – aktyor (Şahin)
Halallıq (1991, tammetrajlı film-tamaşa) – aktyor (aparıcı)
Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – aktyor (Rasim)
Altı nömrəli palata (1994, tammetrajlı film-tamaşa) - aktyor (Ragin)
Yurd yeri (1994, qısametrajlı film-tamaşa) – aktyor (Ələddin)
Yurd yeri 2 (1997, tammetrajlı film-tamaşa) – aktyor (Ələddin)
Ailə (1998, tammetrajlı bədii film) – aktyor (Alyanın əri)
Vahimə (1998, qısametrajlı bədii film) – aktyor (ruhi xəstə)
“Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – aktyor (Dirsə xan)
Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – aktyor (Dirsə xan)
Dədəm Qorqudun kitabı (????, tammetrajlı film-tamaşa) – aktyor (Boğac xan)
Atillanın atlıları (2002, tammetrajlı film-tamaşa) – aktyor (kral), ikinci rejissor
Güllələnmiş heykəllər (2002, tammetrajlı film-tamaşa) – aktyor (İbrahim xan)
Odla qol-boyun (2002, qısametrajlı bədii film) – aktyor (bəy)
Palata (2002, tammetrajlı film-tamaşa) – aktyor (ruhi xəstə)
Bir anın həqiqəti (2003, bədii serial) – aktyor (Afiyəddin Cəlilov)
Tənha durna uçuşu (2003, tammetrajlı film-tamaşa) – aktyor (kişi)
Yanmış körpülər (2003-2007, bədii serial) – aktyor (İmran)
Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – aktyor (Ağəli)
Şans (2004, tammetrajlı bədii film) – aktyor (Qədir)
Cümhuriyyət generalları (2006, qısametrajlı sənədli televiziya filmi) – filmi səsləndirən
Yoxlama (2006, bədii serial) – filmi səsləndirən (çolaq-Nodar Mqaloblişvili)
Cavad xan (2008, tammetrajlı bədii film) – aktyor (erməni keşişi)
Dayanacaq (2008, qısametrajlı bədii film) – aktyor (arvadın atası)
Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – aktyor (bağban)
Kinli, xəsis, səfeh (2008, qısametrajlı bədii film) – aktyor
Acılar bitməz (2009, tammetrajlı bədii film, bədii serial) – filmi səsləndirən (Vaqif Şərifov-İsmayıl, Tofiq Bayramov-Kamil, Salam İsmayılov-Qəzənfər)
Əsər (2009, qısametrajlı bədii film) – aktyor
Kuklalar (II) (2009, tammetrajlı bədii film) – aktyor (Mikkinin atalığı)
Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – aktyor (Murtuz)
Əzizim Fellini (2010, tammetrajlı bədii film) – aktyor
Yaddaş (II) (2010, tammetrajlı bədii film) – mətn düzümü
Susmuş vicdan (2010-2012, bədii serial) – aktyor
Mart hadisələri yaxud qara oyunlar (2011, sənədli serial) – aktyor
Döngələr (2012, bədii serial) – aktyor (Əliş)
Qaranlıqlar çiçəyi (2012, bədii serial) – aktyor (Məmmədəli)
Hədiyyə (????, tammetrajlı film-tamaşa) – aktyor (Rasim)
Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – aktyor
Yuva (2013, qısametrajlı bədii film) – aktyor
Oğurlanmış arzular (2013-2014, bədii serial) – aktyor
Tək olanda qorxma... (2013-2015, bədii serial) – aktyor (Tamerlan müəllim)
Qisas (II) (2014, bədii serial) – aktyor (Vaqif)
Oğlan evi: azərbaycansayağı qarət (2015, tammetrajlı bədii film) – aktyor
Yarımdünya (2015, tammetrajlı bədii film) – aktyor
Əli və Nino (2016, tammetrajlı bədii film) – aktyor (Musa Nağı)
Qarabağnamə (2016, bədii serial) – aktyor
Qırmızı bağ (2016, tammetrajlı bədii film) – aktyor (polis rəisi)
Naxox (2016, tammetrajlı bədii film) – aktyor
Ögey ana (II) (2017, bədii serial) – aktyor (Zakir)
Şirin xəyallar (2017, bədii serial) – aktyor
Ağ tük (2018, tammetrajlı bədii film) - aktyor
Könül yarası (2018-2019, bədii serial) - aktyor (Cahandar)
Qan qohumları (2019-2020,bədii serial)
Simurq (2021, bədii serial) – aktyor
Simurq-2, bədii serial) aktyor
Alatava (bədii serial, 2023)-akyor

Hiç yorum yok:

Yorum Gönder

Pages