Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov “ ANIM GÜNÜDÜR”

 

          Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı..
          Həyatı  --- Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur.[3] 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.  1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin[5] (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti[6]) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir. 1945–1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olmuşdur.  Mir Əsədulla Mirqasımovun I Fəxri xiyabandakı məzarı Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.

           Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından, _ANIM GÜNÜNÜ _ Əziz xatirələrlə yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.
            Hörmətlə:  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov


Hiç yorum yok:

Yorum Gönder

Pages