Avropa çempionatında azərbaycanlı hakimin qolu sınıb



Rumıniyanın Piteşti şəhərində 20 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatının "B" divizionun oyunlarına təyinat almış hakim Ələkbər Həsənovun səhhətində problem yaranıb.

İdman.biz xəbər verir ki, seçmə mərhələsinin bir neçə oyununu idarə etmiş beynəlxalq dərəcəli hakimin istirahət vaxtı ayağının büdrəməsi nəticəsində sağ qolu sınıb. Həsənov Avropa çempionatında oyunları idarə edən hakimlər arasında ən təcrübəli üç hakimdən biri hesab olunub.

Azərbaycanlı hakim avqustun 9-da start götürəcək 16 yaşa qədər oğlanlar arasında Avropa çempionatı "A" divizionun oyunlarında ədaləti qoruyacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages