Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsinin idarə heyyəti və üzvləri Şəhid Həziyev Azad Məcnun oğlunun məzarını, Tatarməhlə kəndi qəbristanlığında ziyarət etdilər.
Azərbaycan Vətən evladının Neftçala rayon, Tatarməhlə kəndinin qəhraman evladı Şəhid Həziyev Azad Məcnun oğlu 03.10.1970-ci il tarixində Neftçala rayon, Tatarməhlə kəndində anadan olmuşdur.
Şəhid Azad Məcnun oğlu M/N tərkibindəki 776 saylı h/hissədə, cəbhənin ön xəttində xidmətə başlamışdır. 25.04.1994-cü ildə Tərtər rayonu ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən Şəhid olmuşdur.
Bugün Şəhid Həziyev Azad Məcnun oğlu müqəddəs ruhu şaddır, çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır. Məzarı 19.07.1992-ci ildə Neftçala rayon, Tatarməhlə kəndi qəbristanlığında dəfn edilmişdir.
Tədbirdə Şəhidin döyüş yoldaşları iştirak edirdilər və hər biri çətində olsa məzarı başında Azad bayrəsində ürək sözlərini dedilər.
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləyirik.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov.
Hiç yorum yok:
Yorum Gönder