Aktrisa Rumiyyə Ağayevanın ad günüdür.




Rumiyyə Namiq qızı Ağayeva Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasında (2004-2009) təhsil alıb. ADO Teatrında xoreoqraf və aktrisa kimi çalışır. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır.
Aktrisa Rumiyyə Ağayeva rejissor Namiq Ağayevin qızıdır.

Filmoqrafiya:
Göy rəngin melodiyası (2003, qısametrajlı sənədli televiziya filmi) – aktrisa (balerina)
Mələk (2004, qısametrajlı bədii film) – rejissor
İnterpapa (2006, tammetrajlı bədii film) – rejissor assistenti
Qızlar (2007, bədii serial) – aktrisa (Nata)
Bədr olmamış hilal (2010, qısametrajlı sənədli televiziya filmi) – aktrisa
Çaqqal nəfəsi (2013-2014, bədii serial) – aktrisa (məhbus)
Oğlan evi 2 (2016, tammetrajlı bədii film) – aktrisa
Cehizsiz gəlinlər (2016-2017, bədii serial) – aktrisa (Zülfiyyə)
Xarqo (2020, qısametrajlı bədii film) – aktrisa

Hiç yorum yok:

Yorum Gönder

Pages