Məzahir Həmdulla oğlu Cəlilov Masallının Şərəfə kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib (1975, Rza Əfqanlının kursu). İlk dəfə Masallı rayonundakı dərnəkdə Yusif Əzimzadənin “Anacan” pyesində Kolya obrazı ilə səhnəyə çıxıb (1957). Bir müddət Sumqayıt Musiqili Dram Teatrında çalışıb. 1980-cı ildən Akademik Milli Dram Teatrının aktyorudur.
Filmoqrafiya:
Birisigün, gecəyarısı... (1981, tammetrajlı bədii film) – aktyor
Əlavə iz (1981, tammetrajlı bədii film) – aktyor (Alikin tanışı)
Ömrün yolları (1982, tammetrajlı film-tamaşa) – aktyor (mühəndis)
Günahsız Abdulla (1984, tammetrajlı film-tamaşa) – aktyor (Hüseyn)
Musiqili xaş (1984, qısametrajlı bədii film) – aktyor (mühasib)
Apardı sellər Saranı (1996, qısametrajlı film-tamaşa) – aktyor
Canavar balası (1997, tammetrajlı bədii film) – aktyor
Yurd yeri 2 (1997, tammetrajlı film-tamaşa) – aktyor (Əjdər)
Qırmızı qar (1998, tammetrajlı bədii film) – aktyor
Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor (nərd atan)
Cavad xan (2008, tammetrajlı bədii film) – aktyor (erməni keşişi)
Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – aktyor
Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – aktyor
Yaddaş (II) (2010, tammetrajlı bədii film) – aktyor (bərbər)
Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – aktyor (Şeyda)
Ultionis (2011, tammetrajlı bədii film) – aktyor
Xoca (2012, tammetrajlı bədii film) – aktyor
Həkimlər (2012-2013, bədii serial) – aktyor
Bir ovuc torpaq (II) (2013, bədii serial) – aktyor
Tək olanda qorxma... (2013-2015, bədii serial) – aktyor
Dələduzlar (2014, tammetrajlı bədii film) – aktyor (işçi)
Hiç yorum yok:
Yorum Gönder