AFFA rəsmisi Avropa çempionatı matçına təyinat aldı



AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Bakmiltv.info xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupu çərçivəsində keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages