Adil Əliyev səyyar qəbul keçirib - Fotolar



Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Suraxanı qəsəbəsində yerləşən 101 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.

“Bakmiltv.info” xəbər verir ki, səyyar görüşdə rayon prokuroru Rəşid Mahmudov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri və müavinləri, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli istiqamətində lazimi tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdıran RİH başçısı sakinlərin müraciətlərinin hərtərəfli araşdırılacağını və aidiyyəti üzrə tədbirlərin görüləcəyini bildirib.

Adil Əliyev həmçinin, Suraxanı rayonunda sakinlərlə keçirdiyi ilk səyyar görüşün 14 İyul - ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü ərəfəsinə təsadüf etdiyini qeyd edərək ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün hazırkı möhkəm təməlin məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

Görüşdə hər bir sakinin müraciətini dinləyən Adil Əliyev qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.







Hiç yorum yok:

Yorum Gönder

Pages