Adil Əliyev icra başçısı təyin edildi



Azərbaycan Prezidenti İlham Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

55 yaşlı Adil Əliyev parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub. O, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.  

Qeyd edək ki, Suraxanının əvvəlki icra başçısı Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages