Ağgöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində yaradılmışdır.
Rast gəlinən bitki növləri: yovşan, qaraşoran, şahsevdi, sarıbaş və s.
Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s.
“Qırmızı Kitab”a daxil olan növlər: qamışlıq pişiyi, ceyran, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək və s.
Hiç yorum yok:
Yorum Gönder