32 ildən sonra nəşi tapılan şəhid Məmməd Mirzəyev Ağdamda torpağa tapşırılıb VİDEO



Ağdam, 15 iyul, Tahir Ağaməmmədov, Bakmiltv.info

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəyev Məmməd Hüseyn oğlunun meyitinin qalıqları Ağdam rayonunda dəfn edilib.

Bakmiltv.info-nın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Məmməd Mirzəyev 1967-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndi işğal olunan zaman itkin düşüb.

Şəhidin meyitinin qalıqları Vətən müharibəsindən sonra Qaradağlı kəndi ərazisində aşkar edilib.



VİDEO

32 ildən sonra nəşi tapılan şəhid Məmməd Mirzəyev Ağdamda torpağa tapşırılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Hiç yorum yok:

Yorum Gönder

Pages