25 IYUL PRODÜSER TƏRLAN BABAYEVIN DOĞUM GÜNÜDÜR.





Tərlan Adil oğlu Babayev Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1984-1988). İran İslam Respublikasının Mədəniyyət və İslama çağırış Nazirliyinin “Fanus Xəyal” kino məktəbində ”kino istehsalı və hazırlanması” üzrə Ali kursları bitirib (2007-2012). 1989-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının iqtisadiyyat şöbəsinin müdir müavini (2000-2002), “Mozalan” studiyasının icraçı direktoru işləyib (2007-2008). Xarici film istehsalçılarının “Məlaikə günü” (1992, rejissor Behruz Əfğəmi / İran) filmində direktor, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində direktor müavini, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernayayev / Rusiya) serialında aktyor kimi çalışıb. 2018-ci ildə kino sahəsindəli xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

FILMOQRAFIYA:

1. Dəvətnamə (1989, qısametrajlı bədii film) – baş inzibatçı
2. Lətifə (1989, tammetrajlı bədii film) – direktor müavini, aktyor (rəngsaz)
3. Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – direktor müavini
4. Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor
5. Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – direktor müavini
6. Qəzəlxan (1991, tammetrajlı bədii film) – direktor müavini
7. Nakəs (1991, tammetrajlı bədii film) – direktor müavini
8. Hökm (1994, tammetrajlı bədii film) – direktor müavini
9. Köpək (1994, tammetrajlı bədii film) – direktor müavini
10. Qara Volqa (1994, tammetrajlı bədii film) – inzibatçı
11. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – inzibatçı
12. Yuxu (2001, tammetrajlı bədii film) – direktor müavini, aktyor
13. Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – aktyor
14. Bəyaz həyat (2003, bədii serial) – icraçı prodüser, aktyor (Kamal)
15. Ərazi (2005, qısametrajlı bədii film) – icraçı prodüser
16. Cavid ömrü (2007, tammetrajlı bədii film) – koordinator
17. Əlvida (2007, tammetrajlı bədii film) – icraçı prodüser
18. 40-cı qapı (2008, tammetrajlı bədii film) - icraçı prodüser
19. Cavad xan (2008, tammetrajlı bədii film) – koordinator
20. Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – koordinator
21. Kuklalar (II) (2009, tammetrajlı bədii film) – koordinator
22. Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – koordinator, aktyor
23. Teatral həyat (2009, qısametrajlı bədii film) – koordinator
24. Buta (II) (2011, tammetrajlı bədii film) – icraçı prodüser
25. Su başında durmuşuq, çinarla mən (2012, tammetrajlı sənədli film) – icraçı prodüser
26. Qisas almadan ölmə. Keçmişdən məktublar (2013, tammetrajlı bədii film) – icraçı prodüser 
27. Çaqqal nəfəsi (2013-2014, bədii serial) – icraçı prodüser
28. Ağır illər... Xoş xatirələr... (2014, qısametrajlı sənədli film) – icraçı prodüser
29. Məryəm (2014, tammetrajlı bədii film) – icraçı prodüser
30. Üçüncü günün adamı (2017, tammetrajlı bədii film) – icraçı prodüser
31. Əlvida, Şmidt (2019, tammetrajlı bədii film) – icraçı prodüser
32. Olimpia (2020, tammetrajlı bədii film) – icraçı prodüser
33. Son payız (2021, qısametrajlı bədii film) – icraçı prodüser
34. Banu (2022, tammetrajlı bədii film) – icraçı prodüser 
35. Stadionlar səssiz olanda (2023, tammetrajlı bədii film) – icraçı prodüser
36. Apatiya-2 (2024, tammetrajlı bədii film) – icraçı prodüser

Hiç yorum yok:

Yorum Gönder

Pages