12 iyul Rahib Seyidağa oğlu Əliyev Azərbaycan Respublikasının əməkdar artisti,Gənc Tamaşaçılar Teatrının aktyoru ad günüdür.




Rahib Seyidağa oğlu Eliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O 1965-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-ci ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur  fasiləsiz olaraq həmin teatrda çalışmış.

R.Eliyev qırx ildən artıq bir dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlar və döş nişanları ilə təltif olunmuşdur. Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı 
Cəbi - ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov), 
Vəzir ("Sirli dəyirman", Firuz Məmmədov), 
Aşıq - ("Yolda", Hüseyn Arif), 
Mirzə Salman - ("Mahmud və Məryəm", Elçin), 
Hərbi geyimli - ("Mənim ağ göyərçinim" Tamara Vəliyeva), 
Babaşov - ("Sağlıq olsun", İsi Məlikzadə, 
Tülkü - ("Cücələrim" Tofiq Mütəllimov), 
Baba - ("Açıl bənövşəm açıl", İskəndər Coşğun), 
Dünyagörmüş - ("Qarışqa şıllaq atdı", Qılman İlkin),
İsmayıl - ("Olmuş Əhvalat", Aqşin Babayev), 
Molla Əsədulla - ("Ağ dəvə", Elçin), 
Molla Xudaverdi, Kərəmli - ("Hacı Qara", Mirzə Fətəli Axundov), 
Bəkir Eniştə - ("Mustafa", Orxan Asena), 
Fərəcov - ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), 
Aramış Aşotoviç - ("Yaddaş ağrısı" Hüseynbala Mirələmov), 
Vəzir - ("Molla Nəsrəddin və Əmir Teymurun filləri", Əjdər ol), 
Ancelo - ("Səhvlər Komediyası", Vilyam Şekspir), 
Qoca - ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu), 
Rəhim - ("Pəri cadu", Əbdürrəhim Bəy Haqverdiyev) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Ulduzlar sönmür (film, 1971)
Anlamaq istəyirəm (film, 1980)-rol: yeməkxanadakı müştəri
Yol əhvalatı (film, 1980)
Yaramaz (film, 1988)
Yaşa, qızıl balıq (film, 1988)
Qətl günü (film, 1990)
Fəryad (film, 1993)
Köpək (film, 1994)
Nə gözəldir bu dünya... (film, 1999)
Bir anın həqiqəti (film, 2003)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Yeni həyat (2005)
Yoxlama (film, 2006)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Cavid ömrü (film, 2007)
Seçilən (film, 2008)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)

Hiç yorum yok:

Yorum Gönder

Pages