11 iyul əməkdar artist, aktrisa Ofelya Məmmədzadənin il dönümüdür.




Ofelya Məmmədzadə 4 avqust 1939 cu ildə Bakida anadan olub 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmiş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaratmışdır. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərmişdir. O, 1999-cı ildə teatrdan çıxmış, 2005-ci ildə yenidən teatra qayıtmışdır. Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış etmişdir.
Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaradan Ofelya Məmmədzadə 20 mart 1987-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.
11 iyul 2007 ci ildə evində ölmush veziyetde tapilib

Hiç yorum yok:

Yorum Gönder

Pages