Yolun və bəxtin açıq olsun, Şamilə!




Bakmiltv.info Xəbər verdiyim kimi, yeganə övladım Şamilə Ələkbərli "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Xəbərlər xidməti Departamantində müxbir olaraq fəaliyyət göstərir. Bu yüksək etimada görə Milli Televiziyanın rəhbəri Rövşən Məmmədova, sədr müavini Rafiq Həşimova, həmçinin, Şamilənin əziyyətini daha çox çəkən Telli Pənah qızına, Bəxtiyar Qaracaya, Qəşəm Nəcəfzadəyə, Dilarə Səlimə, Vəli Əkbərə, Xalid Əliyə, Telman Nəzərliyə, Mahir Qəribliyə, Gülşən Əkbərovaya, Nəcibə Əlixanovaya, Sevda Ağazadəyə, Vüsal Orucova, Namiq Həsənova, Rəhilə Rafik qızına, Vüsal Qaracaya, Nigar Etibara, Elman Əliyevə, həmçinin, adlarıını unutduğum digər şəxslərə təşəkkür edirəm.
İyunun 27-də Şamilə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdə iştirak edib. Tədbirin gedişində Akademiyanın Prezidenti, Akademik İsa Həbibbəyli və Professor Asif Rüstəmlidən müsahibə götürüb.
Açıq-aydın görünür ki, Şamilə Azərbaycan Televiziyasının müxbiri vəzifəsində çalışmaqdan zövq alır.
Yolun və bəxtin açıq olsun, Şamilə!

Hörmətlə,
atan, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist Şamil Sabiroğlu.
Bakı, 28.06.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages