Yevlaxda iki gəncin mübahisəsi qətllə bitdi



İyunun 10-da saat 18:30-da Yevlax rayonu ərazisində 24 yaşlı  Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı Abdullayev Tahir Ceyhun oğlu saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Hiç yorum yok:

Yorum Gönder

Pages