Vəzifəsindən azad edilən direktor müavininin yerinə TƏYİNAT




Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor müavini təyin olunub.

Bakmiltv.info xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bu posta İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.

Ona həmçinin "Azərbaycanfilm" kinostudiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov iyunun 10-da tutduqları vəzifədən azad ediliblər.

Hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Hiç yorum yok:

Yorum Gönder

Pages