UNEC məzunlarına müraciət etdi



Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məzunlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə sorğu keçirir.

“Bakmiltv.info” xəbər verir ki, bu barədə Sabah.az-a UNEC-in Karyera Mərkəzindən məlumat verilib.

Bildirilib ki, məqsəd məzunlarla daha sıx əməkdaşlıq əlaqələri qurmaq, məşğulluq göstəricilərini öyrənmək, uyğun vakansiyaları yönləndirmək, təhsilalanlara uğurlu karyera məsləhətləri vermək və birgə innovativ əməkdaşlığı inkişaf etdirməkdir:

“Bunun üçün hazırladığımız sorğunu cavablandırmağınızı xahiş edirik. Sizin fikirləriniz və təklifləriniz bizim üçün çox dəyərlidir və birgə fəaliyyətimizin daha effektiv qurulmasına dəstək olacaq”.

Sorğuda iştirak etmək istəyən məzunlar linkə keçid edə bilərlər.

Hiç yorum yok:

Yorum Gönder

Pages