Tibb xidməti baş leytenat Aytən Möhsüni



 Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hospitalında və  Müdafiə Nazirliyin  Mərkəzi hərbi poliklinikasının həyatında    öz dəsti -xətti olan, peşəkarlığı, dərin zəkası və səmimiyyəti,sadəliyi,qayğıkeşliyi,dəqiqliyi,İradı və mənəvi keyfiyyətləri ilə seçilən,zəhməti,bacarığı sayəsində əsl hörmətə layıq    həkim ömrü yaşayan,hppokrat andına sadiq həkim- ehtiyata olan tibb xidməti  baş leytenatl Aytən Möhsüni
həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir.İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında və Müdafiə Nazirliyin poliklinikasında  öz insanlığınız,peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və bundan sonrada  olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan.  3 iyun ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayasız, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz  o insanlardansınız ki, daima xalqa xidmət göstərən,peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib olan vətənpərvər bir həkimsiz. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür. Arzu edirəm, bu yeni yaşınızda yeni başlanğıclara addım atacağınız və hədəflərinizə çatacağınız bir il olsun. Bir daha sizi ürəkdən təbrik edir,yeni yaşınızda sizə yeni nəaliyyətlər,yeni uğurlar arzulayıram.
Möhsüni Aytən Cahanbəxş qızı 1981-ci ilin iyun ayının 3-də  Bakı şəhərində  zəhmətkeş bir ailədə anadan olub.
1999-cu ildə Bakş şəhər  Xətai rayon  265 nömrəli orta məktəbi,2005-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini, 2006-cı ildə Endokrinologiya  internaturanı, 2008-ci ildə Moskva şəhərində mama -ginekologiya  (ordinatura) ixtisasını bitrib.Dəfələrlə həkimlərin ixtisasartırma kurslarında olub və fəal iştirak edib.
2011-2019- cu illərdə Daxili Qoşunların hərbi hospitalında  cərrah həkim- ginekoloq vəzifəsində, 2021-2002-ci ilərdə Cəmşid Naxcvanski adına hərbi  liseydə həkim vəzifəsində  Millətə, Vətənə, Dövlətə və Xalqa sədqətlə xidmət edib.Hal-hazırda Müdafiə Nazirliyin  Poliklinikasında   həkim -ginekoloq vəzifəsində calışır.
Doğum günün mübarək olsun  Aytən həkim.
Təbrikə qoşulur: Daxili İşlər Nazirliyi  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri)  və Aytən həkimin əzizləri, doğmaları, yaxınları və iş kollektivi.
   
 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr  və Müharibə Veteranı  Polkovnik Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages